Pleyeri seçin:

Bu siyasi təxribat hansı məqsəd daşıyır? | Arkovdan mühüm məsələ ilə bağlı açıqlama

15 yanvar 2025 432 baxış

Saxta məktubun ingilis dilində uydurulması onun Qərb mediasında çıxmaq üçün nəzərdə tutulduğunu göstərə bilər.

Bu sözləri “Axar.az”a Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova ünvanladığı və ingilis dilində yazıldığı iddia edilən saxta məktuba münasibət bildirən rusiyalı politoloq Vitali Arkov deyib.

“Başqa izahı yoxdur, cənab Ceyhun Bayramov rus dilini mükəmməl bildiyindən və ya Bakıya hörmətindən Moskva mətni azərbaycanca yazardı. Bu məktubla bağlı yalnız Ukrayna, Ermənistan, Fransa, ABŞ və başqa yerlərdə maraqlı tərəflər haqqında təxmin edə bilərik.

Ümumiyyətlə, ölkələrimiz arasında münasibətlərin səviyyəsi bu qədər yüksəkdirsə, məzmunca qəribə olan bu məktub nəyə lazımdır? S.Lavrovla C.Bayramov qapalı kanal vasitəsilə istənilən vaxt telefonla danışa bilər və onların söhbətinin əsl məzmunu məhdud dairələrə məlum olacaq. Ölkələrimizin xarici işlər nazirlərinin etdikləri də məhz budur”, – o bildirib.

V.Arkovun fikrincə, bu siyasi təxribat Moskva ilə Bakı arasındakı münasibətlərə hansısa şəkildə təsir etmək məqsədi daşıyırdı:

“Sayı durmadan artan beynəlxalq tərəfdaşların, eləcə də Rusiya xalqının gözündə Rusiyanı və onun rəhbərliyini nüfuzdan salmaq, şübhə və təşviş yolu ilə uçuşlardan kütləvi şəkildə imtina etməyə cəhd edirlər. Amma əvvəldən şans yox idi.

Birincisi, bizim qarşılıqlı etimada, dövlətlər arasında strateji əməkdaşlığa, xalqlar arasında qardaşlığa, dostluğa əsaslanan xüsusi xarakterli münasibətlərimiz var.

İkincisi, həm Rusiya, həm də Azərbaycan öz milli liderlərinə, onların qərarlarına, hərəkətlərinə inanır. Ancaq bu möhkəm tarixi bağlar boğazlarına tikan kimi batanlar tərəfindən məhv edilməyə cəhd edilir.

Biz bunu təkcə Rusiya ilə Azərbaycan arasındakı bu vəziyyətin timsalında deyil, postsovet məkanında baş verən digər hadisələrdə də görürük. Onları təkcə Rusiyadan deyil, bir-birindən də ayırmağa çalışırlar.

Məsələn, Orta Asiya respublikaları arasında, hətta Gürcüstanla Azərbaycan arasında, Gürcüstanla Ermənistan arasında süni gərginlik yaradırlar. Hələ Qərbdəki konkret qüvvələrin Moskva kimi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına kömək etmək əvəzinə Ermənistanı Azərbaycanla yeni hərbi münaqişəyə necə sövq etdiyini demirəm”.

Banner
Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Siyasət
03 noyabr 2026 432 baxış
Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
03 noyabr 2026 432 baxış
Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Siyasət
03 noyabr 2026 432 baxış
AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

Siyasət
03 noyabr 2026 432 baxış
İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
03 noyabr 2026 432 baxış
İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
03 noyabr 2026 432 baxış
Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Siyasət
02 noyabr 2026 432 baxış
Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
02 noyabr 2026 432 baxış
Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Siyasət
02 noyabr 2026 432 baxış
Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Siyasət
02 noyabr 2026 432 baxış
Seçilmişlər
icon