Budapeştdə iki ölkə arasında mühüm sənədlər imzalandı
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 11-ci iclası keçirilib.
İclasda çıxış edən Komissiyanın həmsədri, Azərbaycanın maliyyə naziri Sahil Babayev iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hörmət prinsipləri əsasında müxtəlif sahələrdə ardıcıl şəkildə genişləndiyini bildirib.
Azərbaycan və Macarıstan arasında 61 sənədin imzalanması, geniş hüquqi bazanın formalaşdırılması, ticarət dövriyyəsinin 2024-cü ildə 29 faiz artaraq 62 milyon ABŞ dollarını ötməsi, enerji sahəsində layihələrin həyata keçirilməsi mühüm nailiyyətlər kimi qiymətləndirilib.
Həmçinin Komissiyanın digər həmsədri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto çıxışında ölkələr arasında əməkdaşlığın qarşılıqlı hörmət və fayda üzərində qurulduğunu və bunun strateji sahələri əhatə etdiyini vurğulayıb.
İclasdan sonra iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 11-ci iclasının nəticələrinə dair protokol, həmçinin “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı”, Azərbaycan Tibb Universiteti, Macarıstanın PECS Universiteti və bir neçə müəssisəsi arasında Anlaşma Memorandumu hər iki tərəfin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb.
#Macarıstan teqi istifadə olunub
- Macarıstanın əsas şərti Avropa İttifaqını çıxılmaz vəziyyətə salacaq? - Baku TV CANLI
- Balıq hovuzlarının suyundan quraqlığa qarşı mübarizədə istifadə olunur
- Rusiya Macarıstanın addımına diplomatların çıxarılması ilə cavab verdi - Baku TV CANLI
- Festival zamanı Macarıstanın Baş nazirinin üzünə içki atılıb
- Macarıstanda elektrik stansiyasının gücü azaldılıb
