Budapeştdə İlham Əliyevin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 20-də Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü olub.
Viktor Orban həm Macarıstana işgüzar səfər etməsinə və səfər çərçivəsində keçirilən ikitərəfli görüşlərə, həm də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştiraka dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Baş nazir vurğulayıb ki, ölkəsinin Türk Dövlətləri Təşkilatında müşahidəçi dövlət olaraq bu tədbirə ev sahibliyi etməsi Macarıstanın təşkilat çərçivəsində əməkdaşlığa sadiq olduğuna böyük əhəmiyyət verməsinin növbəti göstəricisidir.
İkitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluğunu bildirən Viktor Orban Macarıstan iqtisadiyyatının çətin vaxtlarında Azərbaycanın dost ölkə olaraq göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini deyib.
Dövlət başçısı iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayaraq mütəmadi qarşılıqlı səfərlərin həyata keçirildiyini qeyd edib.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasının keçirilməsini vacib bir addım kimi qiymətləndirib.
Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün Şuşa şəhərində keçirildiyini xatırladan və bunun artıq ənənəyə çevrildiyini deyən dövlət başçısı ikinci bu cür tədbirin müşahidəçi dövlət olaraq Macarıstanda keçirilməsini məmnunluqla vurğulayıb.
#Macarıstan teqi istifadə olunub
- Macarıstanın əsas şərti Avropa İttifaqını çıxılmaz vəziyyətə salacaq? - Baku TV CANLI
- Balıq hovuzlarının suyundan quraqlığa qarşı mübarizədə istifadə olunur
- Rusiya Macarıstanın addımına diplomatların çıxarılması ilə cavab verdi - Baku TV CANLI
- Festival zamanı Macarıstanın Baş nazirinin üzünə içki atılıb
- Macarıstanda elektrik stansiyasının gücü azaldılıb
