“Burada söhbət insanların keyfiyyətindən gedir” | Prezidentdən açıqlama - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Naxçıvanda xüsusi nümayəndə institutu yaratmışam, lakin təyin etdiyim kadr etimadımı doğrultmadığı üçün vəzifəsindən çıxarılıb”.
Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, icra başçılarına insanların maraqlarının qorunması, korrupsiyaya qarşı mübarizə və sosial ədalətin təmin olunması ilə bağlı aydın tapşırıqlar verilir, lakin bu tələbləri pozanlar dərhal cəzalandırılır:
“Təyin etdiyim şəxslərdən birini bir aydan sonra vəzifəsindən çıxarmışam. Bu, məni məyus edir, çünki məsələ yaşda yox, insanın keyfiyyətində və tərbiyəsindədir”.
Prezident vurğulayıb ki, etimadı doğruldan kadrlar daim dəstəklənir, əyri yola gedənlər isə cinayət və ya inzibati məsuliyyətə cəlb olunur.
#İlham Əliyev teqi istifadə olunub
- Bakı və Tbilisi arasında strateji bağlantılar | Birgə həyata keçirilən layihələr genişlənir
- İlham Əliyev Almaniyanın xarici işlər naziri Yohan David Vadefulla nələri müzakirə etdi? - Baku TV
- İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücum | Təxribatın arxasında kimlər durur? - Baku TV
- Milli radio və televiziyanın yubileyi | Prezident teleradionun cəmiyyətdəki rolunu qeyd etdi
- Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri | Bakı-London əməkdaşlığı
