Pleyeri seçin:

Çar arxivləri üzə çıxardı: Əkərəkdə 1949-cu ilə qədər kimlər yaşayıb? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

20 oktyabr 2026 24 baxış

Ermənistanda XVII əsrə aid məscidin xarabalıqlarının qaldığı Əkərək (indiki Aqarak) azərbaycanlı kəndinin tarixi

XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir azərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: “tatarlar”, “qafqaz tatarları”, “türklər” və ya “müsəlmanlar”. Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə “türklər”, “türk-tatarlar”, “islamlar” və ya “məhəmmədilər” adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı “azərbaycanlıların əcdadları”, daha sonrakı dövr üçün isə “azərbaycanlılar” termini istifadə olunacaq.

Adları:
çar dövründə - Əkərək, Akarak, Akeran
sovet dövründə - Aqarak
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Araqatsotn vilayətinin tərkibindədir.

Kənd haqqında qeydlərə XVI və XVIII əsrlər Osmanlı mənbələrində rast gəlinir.

XVIII əsrin ortalarından Rusiya işğalına qədər kənd İrəvan xanlığının Karbibasar mahalının tərkibində olub.

1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Eçmiədzin qəzasının tərkibində olub.

1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Əkərək kəndində 318 nəfər yaşayıb: 166 yerli türk və 152 İrandan köçürülmüş erməni.

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1914-cü ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

Kopyalandı
Banner
Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV

Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV

Siyasət
20 oktyabr 2026 24 baxış
Bakı ilə İrəvan arasında ticarət rəqəmləri | Tehrandan Vaşinqtona 7 günlük təklif - YENİ BİR SƏHƏR

Bakı ilə İrəvan arasında ticarət rəqəmləri | Tehrandan Vaşinqtona 7 günlük təklif - YENİ BİR SƏHƏR

Siyasət
20 oktyabr 2026 24 baxış
Sülh gündəliyi, seçki hesabı, yoxsa dəyişən güc balansına ümid? - Baku TV

Sülh gündəliyi, seçki hesabı, yoxsa dəyişən güc balansına ümid? - Baku TV

Siyasət
20 oktyabr 2026 24 baxış
Prezidentdən Vətən müharibəsi ilə bağlı paylaşım

Prezidentdən Vətən müharibəsi ilə bağlı paylaşım

Siyasət
19 oktyabr 2026 24 baxış
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
19 oktyabr 2026 24 baxış
Paşinyan Cənubi Qafqazda güc balansının dəyişəcəyini gözləyir? - AKTUAL GÜNDƏM

Paşinyan Cənubi Qafqazda güc balansının dəyişəcəyini gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
19 oktyabr 2026 24 baxış
Azərbaycana qarşı hansı siyasi xətt formalaşdırılır?

Azərbaycana qarşı hansı siyasi xətt formalaşdırılır?

Siyasət
19 oktyabr 2026 24 baxış
"Bu, kölələrin ağalarına sadiqliyini göstərir" | İranın təbliğat maşını və Berlin səhnəsi - Baku TV

"Bu, kölələrin ağalarına sadiqliyini göstərir" | İranın təbliğat maşını və Berlin səhnəsi - Baku TV

Siyasət
19 oktyabr 2026 24 baxış
Azərbaycan müstəqilliyin 35 ilində hansı sınaqlardan keçdi?

Azərbaycan müstəqilliyin 35 ilində hansı sınaqlardan keçdi?

Siyasət
19 oktyabr 2026 24 baxış
Prezident İlham Əliyevdən TƏBİB-lə bağlı vacib fərman - Baku TV

Prezident İlham Əliyevdən TƏBİB-lə bağlı vacib fərman - Baku TV

Siyasət
19 oktyabr 2026 24 baxış
Seçilmişlər
icon