Pleyeri seçin:

Çavuşoğludan Ermənistana xəbərdarlıq

06 may 2023 250 baxış

“Ermənistan siyasətində və danışıqlarda çox tutarsız mövqe sərgiləyir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib. O, Ermənistanın Azərbaycana qarşı təxribatçı əməllərini tənqid edib.

“Bəzən gözlənilməz bir bəyanat, bəzən də tam əks addım görürsən. Azərbaycan səmimiyyətlə sülh istəyir və bunu təklif edir. Siz bir tərəfdən “Qarabağ Azərbaycandır!” deyirsiniz, amma digər tərəfdən də Qarabağa qanunsuz olaraq silahlı şəxslər göndərirsiniz. Əgər sülh istəyirsənsə, niyə göndərirsiniz?”, – deyə M.Çavuşoğlu Ermənistan rəhbərliyinə sual ünvanlayıb.

Türkiyənin xarici işlər naziri bildirib ki, Qarabağdakı vəziyyətlə bağlı həqiqəti hər kəs görür.

“Hətta ABŞ də həqiqəti görür. Qərb silahlı şəxsləri də təsbit edib. Təəssüf ki, bizim istədiyimiz səmimiyyəti görmürük. Onların bu səmimiyyətə daha çox ehtiyacı var. Bizim qonşularımızla barışmaq təbii ki, marağımızdadır. Azərbaycan, Ermənistan, Türkiyə – müəyyən məsələlərdə əməkdaşlıq etmək hamımızın marağındadır, amma ən çox Ermənistanın xeyrinədir. Onlar gəldilər, zəlzələdə kömək etdilər, xarici işlər naziri gəldi, təşəkkür etdik. Amma indi diplomatlarımı şəhid edən terrorçulara abidə ucaltsanız, bunu qəbul edə bilərəmmi?”, – deyə M.Çavuşoğlu İrəvanda açılan “Nemesis” abidəsini nəzərdə tutaraq qeyd edib.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 250 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 250 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 250 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 250 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 250 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 250 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 250 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 250 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 250 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 250 baxış
Seçilmişlər
icon