Çexiyanın Baş naziri Andrey Babişin Qəbələdə rəsmi qarşılanma mərasimi
Qəbələdə aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın Baş nazirinə raport verib. Çex Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin qarşısından keçib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Andrey Babişə, Çexiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.
Sonra rəsmi foto çəkdirilib.
#İlham Əliyev teqi istifadə olunub
- Tehranla Bakı arasında həmrəylik mesajları səsləndi - Baku TV CANLI
- İran Prezidentindən Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV
- "Hər zərbəyə cavab verəcəyik!" | Zelenskidən Rusiyaya sərt mesaj - Baku TV CANLI
- Vaşinqtonda yaradılan sülh imkanları regionun gələcəyini necə dəyişəcək? - Baku TV
- Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV
