Pleyeri seçin:
Ceyhun Bayramov Böyük Britaniyada işgüzar səfərdədir
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya səfəri çərçivəsində krallığın Avropa və Şimali Amerika üzrə naziri Stefen Douti ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat verilib. Bildirilib ki, tərəflər Azərbaycan-Böyük Britaniya əməkdaşlığının perspektivlərini və regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Ceyhun Bayramov həmçinin Böyük Britaniya parlamentinin Lordlar və İcmalar palatalarının üzvləri ilə də görüşüb.
Görüşdə ikitərəfli tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib. Nazir parlamentarilərə regionda baş verən yeni reallıqlar barədə məlumat verib.
Qeyd edək ki, Ceyhun Bayramov Böyük Britaniyada işgüzar səfərdədir.
Kopyalandı
#Ceyhun Bayramov teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV
