Ceyhun Bayramov Hakan Fidanı Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində qardaş Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan-Türkiyə müttəfiqliyinin siyasi, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat-kommunikasiyalar, humanitar istiqamətləri müzakirə olunub.
Yaxın Şərq bölgəsində mövcud təhlükəsizlik vəziyyəti, Suriyaya dəstək istiqamətində birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsi üzrə gələcək planlardan bəhs olunub.
Nazir Ceyhun Bayramov həmçinin postmünaqişə dövründə regional bərpa, yenidənqurma və sülh səyləri barədə ətraflı məlumat verib.
#Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI
- Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
