Ceyhun Bayramov Karen Donfridlə Laçın yolundakı vəziyyətdən danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.
Bu barədə Xarixi İşlər Nazirliyi məlumat yayıb. Tərəflər Laçın-Xankəndi yolundakı vəziyyəti müzakirə ediblər. Danışıq zamanı həmçinin iki ölkə arasında əməkdaşlıq gündəliyi və bölgədə cari vəziyyət müzakirə edilib.
Nazir Ceyhun Bayramov postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Azərbaycan tərəfinin bir sıra konstruktiv təşəbbüslərinə baxmayaraq, Ermənistan tərəfindən prosesə davamlı əsasda müxtəlif təxribatlarla maneçilik törədildiyini diqqətə çatdırıb.
Bu xüsusda, Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat üzrə öhdəliklərin kobud şəkildə pozulmasına, Laçın yolundan hərbi təxribatlar, o cümlədən minaların qanunsuz daşınması və yerləşdirilməsi, qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin talanması, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi məqsədilə istifadə olunması kimi faktlara vurğu edilib.
Ceyhun Bayramov guya Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin “blokada”ya alınması, bölgədə “humanitar fəlakət” yaranması barədə iddiaların tamamilə əsassız olduğunu, erməni sakinlərin yoldan istifadə etməklə sərbəst hərəkətinə heç bir maneənin olmadığını bildirib.
#Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI
- Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
