Ceyhun Bayramov Makronun Münxen görüşündən sonrakı canfəşanlığından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
"Bütün bu istiqamətlərdə hər hansı bir müsbət addım atılan zaman Fransa çox böyük canfəşanlıq edir və onun bu canfəşanlığı məhz məsələni gərgiləşdirmək və müsbət istiqamətdə inkişafa yol verməməkdir".
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
"Almaniya kansleri O.Şoltsun təşəbbüsü ilə görüş keçirildi. Görüş kifayət qədər müsbət qiymətləndirildi, normal mühitdə keçdi, prosesin davam etdirilməsinin vacibliyi qeyd edildi. Bundan dərhal sonra Fransa Prezidenti açıqlama verdi, Fransa müdafiə naziri Ermrənistana gedərək təhrikedici açıqlamalar verdi. Bu addımlara baxanda görünür ki, bunlar məqsədli, planlı şəkildə müsbət istiqamətdə inkişafın qarşısını almaqdır. Bu da bir daha onu deməyə əsas verir ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bir çox mərkəzləri narahat edir", – C. Bayramov bildirib.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV
