Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Şura Məclisinin üzvü ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Laçın yolundan qeyri-qanuni fəaliyyətlər və mina təhdidlərinin davam etməsi üçün istifadə edilir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının Şura Məclisində Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Faiz Bin Abdulla Əl-Şəhri ilə görüşündə deyib.
Nazir Laçın yolunda azərbaycanlı fəalların etirazlarının səbəblərini qarşı tərəfin diqqətinə çatdırıb. Bundan əlavə, son 2 ildə Ermənistanın çoxsaylı təxribatları, o cümlədən erməni silahlı qüvvələrinin ərazilərimizdən tam çıxarılmaması barədə məlumat verilib.
Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, ölkəmizin ərazilərinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalı barədə danışıb. Eyni zamanda Səudiyyə Ərəbistanının 30 il ərzində ölkəmizə dəstəyi vurğulanıb.
Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması istiqamətində atdığı addımlar və təşəbbüslər, habelə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri və həyata keçirilən layihələr barədə qarşı tərəf məlumatlandırılıb.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV
