Ceyhun Bayramovdan Ermənistanla danışıqlar barədə vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan-Azərbaycan normallaşma prosesi istiqamətində danışıqlar davam edir”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somali xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Əhməd ilə birgə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Somali hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.
Bu həm 44 günlük müharibə dövründə, həm də ondan sonra müşahidə edilib. Nazir bu münasibətlə həmkarına təşəkkür edib:
“Mən post-münaqişə barədə həmkarıma məlumat verdim. Azad edilən ərazilər, oradakı bərpa-quruculuq, həmçinin mina təhdidləri haqqında həmkarımı məlumatlandırdım. Ermənistan-Azərbaycan normallaşma prosesi istiqamətində danışıqlar davam edir və bu barədə ətraflı fikir mübadiləmiz oldu”.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
