Ceyhun Bayramovdan mühüm açıqlama: İsrail-Fələstin müharibəsində zərərçəkənlərə görə yardım
Azərbaycan beynəlxalq hüquq normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdardır.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanında İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin İsrail-Fələstin münaqişəsinə həsr olunan növbədənkənar iclasında çıxış edərkən deyib.
Nazir bildirib ki, İslam həmrəyliyinə hər zaman sadiq qalan ölkəmiz Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəkləyir və bölgədəki təhlükəsizlik vəziyyətinin ciddi şəkildə pisləşməsi ilə nəticələnən son hadisələr narahatlıq doğurduğundan hərbi əməliyyatların və eskalasiyanın dayandırılması vacibdir.
Münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycanın səylərindən bəhs edən Ceyhun Bayramov ölkəmizin fələstinli qaçqınlara dəstək məqsədilə BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə töhfəsi verdiyini də diqqətə çatdırıb.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
