Ceyhun Bayramovla Sergey Lavrov bölgədəki son vəziyyəti müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Görüşdə Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri və bölgədəki son vəziyyət müzakirə olunub.
Ceyhun Bayramov Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı sülhməramlıların həlak olması ilə bağlı Rusiyaya və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib. Məsələ ilə bağlı aparılan araşdırma və istintaq tədbirləri barədə qarşı tərəf məlumatlandırılıb.
Baş diplomat ölkəmiz tərəfindən Qarabağda beynəlxalq hüquq və Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olaraq mövcudluğunu davam etdirən qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı görülən antiterror tədbirləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
24 saatdan az bir zaman çərçivəsində həyata keçirilən antiterror tədbirlərinin 30 ilə yaxın işğal dövründən qalma, sonrakı mərhələlərdə, hətta postmünaqişə dövründə belə Ermənistan tərəfindən maliyyələşdirilən və dəstəklənən qanunsuz hərbi mövcudluğun varlığına son qoyulması ilə uğurla yekunlaşdığı qeyd olunub. Hazırda isə bölgədə müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingenti ilə koordinasiya edilərək, ciddi şəkildə hərbiləşmiş erməni silahlı qüvvələrinin silah-sursatının müsadirəsi istiqamətində əməli addımların atıldığı diqqətə çatdırılıb.
Paralel olaraq, Qarabağda yaşayan erməni sakinlərlə reinteqrasiya prosesi istiqamətində dialoqun irəlilədildiyi, bu xüsusda sentyabrın 21-də Yevlaxda Azərbaycan Hökuməti və yerli erməni sakinlərin nümayəndələri arasında keçirilən görüşün nəticələrinə uyğun olaraq bölgədə yaşayan dinc əhalinin ehtiyaclarının qarşılanması istiqamətində işlərin görüldüyü bildirilib.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV
