Çin lideri Putinin dəvəti ilə Rusiyada səfərdədir
Yeniliklərdən dərhal xəbərdar olun
Çin Xalq Respublikasının sədri Si Cinpin Prezident Vladimir Putinin dəvəti ilə Rusiyada səfərdədir.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva vaxtı ilə saat 16:30-da liderlər arasında qeyri-rəsmi görüş keçiriləcək. Martın 21-də isə Si Cinpin və Vladimir Putin arasında baş tutacaq rəsmi görüş zamanı liderlər Moskva və Pekin arasında əhatəli tərəfdaşlıq əlaqələri və strateji əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəklər.
Tərəflər iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi kontekstində fikir mübadiləsi aparacaqlar. Həmçinin bir sıra ikitərəfli mühüm sənədlərin imzalanması nəzərdə tutulub.
Çin liderinin Rusiyaya səfəri çərçivəsində Ukraynadakı vəziyyət və digər məsələlərin də müzakirə olunacağı gözlənilir.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
