COP29 çərçivəsində TDT ölkələrinin ətraf mühit və ekologiya nazirlərinin ilk görüşü
Yeniliklərdən dərhal xəbərdar olun
Türk Dövlətləri Təşkilatı nazirlər səviyyəsində ətraf mühit və dayanıqlı inkişaf sahəsində birgə mövqe, ortaq fəaliyyət planına imza atıb.
COP29 çərçivəsində Təşkilata üzv dövlətlərin ərtaf mühit və ekologiya nazirlərinin ilk görüşü “Nazirlər Bəyannaməsi”nin imzalanması ilə yekunlaşıb.
2024-cü ilin iyulunda Şuşada Dövlət başçılarının Zirvə görüşündə imzalanmış “Qarabağ Bəyannaməsi”nin davamı olaraq Təşkilata üzv dövlətlər nazirlər səviyyəsində birgə ekoloji problemlərin həlli və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində əməkdaşlığı gücləndirmək niyyətlərini təsdiqləyiblər.
Görüşdə ətraf mühit sahəsində ortaq çağırışların həllinə nail olmaq üçün fikir mübadiləsi aparılıb, dayanaqlı inkişafı təşviq edən önəmli addımların vacibliyi, regional və beynəlxalq ekoloji problemlərin həllində birgə yanaşmanın əhəmiyyəti vurğulanıb.
Eyni zamanda Təşkilata üzv dövlətlər birgə mövqe və ortaq fəaliyyət planı yaratmaq istiqamətində perspektivləri müəyyənləşdiriblər.
#COP29 teqi istifadə olunub
- "İstər Avroviziya, istər COP-la bağlı əsassız tənqidlərlə üzləşdik" | Prezident - Baku TV
- "Diplomatiya Aləmi" jurnalının budəfəki buraxılışı COP29-a həsr olunub - Baku TV
- COP30 COP29-dan nə ilə fərqləndi? | COP BAKU
- İki fərqli qitənin iki fərqli konfransı | COP29 tarix yazdı, COP30 isə dərs oldu
- Azərbaycan gəncləri planetin gələcəyinə necə töhfə verir? | COP BAKU
