Pleyeri seçin:

COP29-un 9-cu günündəki müzakirələrin əsas gözləntiləri açıqlandı | COP BAKU

20 noyabr 2024 584 baxış

Baku TV “COP-BAKU” layihəsi çərçivəsində COP29-un doqquzuncu günü haqqında reportaj hazırlayıb.

Bildirilib ki, 19 noyabr tarixində Mavi Zonada elm və innovasiyaların dayanıqlı ərzaq sistemindəki rolu, Xəzər dənizinin səviyyəsinin aşağı enməsi, təhsilin iqlim dəyişikliklərinə təsiri mövzuları müzakirə edilib.

Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü tədbirində iştirak edən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov müzakirələr nəticəsində əldə edilən uğurları COP-BAKU verilişi ilə bölüşüb.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün əsas məqsədlərindən danışıb.

“İlk məqsəd indiyə kimi aqrar sahədə olmuş bütün təşəbbüsləri bir araya gətirməkdir. Təşəbbüsün ikinci məqsədi maliyyələşmənin aqrar sahəyə yönləndirilməsinə və daha da artırılmasına nail olmaqdır. Üçüncüsü isə bunların hamısının təsirinin müsbət olması üçün fermerlərə yönləndirilməsidir”.

Məcnun Məmmədov davam edən müzakirələrdən kənd təsərrüfatı sahəsi ilə bağlı əsas gözləntilərini açıqlayıb.

“Əsas gözləntimiz məlumatlılığı artırmaqdır. İkinci növbədə sözlərdən real addımlara keçməyə nail olmaqdır. Ölkələrin və müxtəlif qrupların dəstəklərindən görürük ki, bu baş verəcək. Əsas istiqamətimiz su qıtlığına qarşı görülməli tədbirlər, maliyyələşmənin həmin istiqamətdə yönləndirilməsi, daha sonra fermerlərin dəyişən iqlimdə məlumatlandırılmasıdır ki, onlar istehsala həm davam edə bilsinlər, həm də onu artıra bilsinlər”, – deyə nazir vurğulayıb. 

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 584 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 584 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 584 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 584 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 584 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 584 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 584 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 584 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 584 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 584 baxış
Seçilmişlər
icon