COP29-un prezidenti Muxtar Babayev nazirlərin dəyirmi masasında çıxış etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsini təqdim etməkdən qürur duyuram. Bəyannamə şəffaflığı və beynəlxalq əməkdaşlığı təşviq etməklə bağlı bizim kollektiv əzmimizi vurğulayır. Bəyannamə Bakı Şəffaflıq Platforması ilə paralel işləyəcək”.
Bu fikirləri ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev “Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası”nda söyləyib.
“Bu gün mən ikiillik şəffaflıq hesabatlarına və COP29 sədrliyinin iqlim fəaliyyətində şəffaflığı necə dəstəklədiyinə diqqət yetirmək istərdim. Şəffaflıq beynəlxalq prosesdə inam və etibar yaradır.
O, bizim məsuliyyətimizi dəstəkləyir və iqlim fəaliyyətinə dair ambisiyalarımızı artırır. Azərbaycanın İkiillik Şəffaflıq Hesabatının bu həftə təqdim olunmağa hazır olduğunu bildirməkdən məmnunam. Şəffaflıq həmçinin ölkələrə iqlimlə bağlı fəaliyyət potensiallarını daha yaxşı anlamağa və ehtiyaclarını müəyyən etməyə kömək edir”, – deyə Muxtar Babayev əlavə edib.
#Muxtar Babayev teqi istifadə olunub
- Tədbirdə qlobal iqlim fəaliyyətində gənclərin rolundan danışıldı - Baku TV
- “Fəlakətlərin sayı 5 dəfə artıb” | İqlim dəyişikliyinin aqrar sektora təsirləri - Baku TV
- “Azərbaycanın çox ambisiyalı enerji planları var” | Muxtar Babayev
- "Bu, trilyonlarla dollar investisiyadır" | Muxtar Babayev tarixi nailiyyətdən danışdı
- Muxtar Babayev su qıtlığından danışdı
