Pleyeri seçin:

COP29 üzərindən Azərbaycanın qaralanması niyə alınmadı? | BİZDƏN NƏ DANIŞIRLAR?

25 noyabr 2024 232 baxış

“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası uğurla başa çatıb.

Dünyanın aparıcı qəzet, televiziya və xarici KİV-inin əsas xəbər başlıqlarında COP29-la bağlı məlumatlar yer alıb. Bir çox televiziya və agentliklər Bakıdan canlı bağlantı quraraq bu mötəbər tədbirin gedişatını işıqlandırıb.

Vatikanın “Vatican News” nəşrində diqqətə çatdırılıb ki, Birləşmiş Millətlər Təşkilatının 193 ölkəsindən olan nümayəndələr çətin vəzifə – iqlim böhranı ilə mübarizə aparmağın yollarını müzakirə etmək məqsədilə Bakıya toplaşıblar.

Rusiyanın “Moskva-Baku” nəşrində “Azərbaycan və Türkiyə əməkdaşlıq üçün yeni yol xəritəsi hazırlayır” başlıqlı xəbər yayımlanıb.

Bildirilib ki, Azərbaycan və Türkiyə bu ilin sonuna kimi yeni əməkdaşlıq yol xəritəsini qəbul edəcək.

Mənbə Türkiyənin sənaye və texnologiya nazirinin müavini Muhammet Kasım Gönüllünün açıqlamasına istinad edib. Onun sözlərinə görə, sənəd Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birgə hazırlanır. Türkiyə rəsmisi iki ölkə arasında bir çox sahələrdə, o cümlədən standartlaşdırma sahəsində uğurlu əməkdaşlığın olduğunu bildirib.

Türkiyənin “Haber Global” telekanalının saytı oxucularına xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov COP29-da jurnalistlərlə söhbəti zamanı Fransanın planetin gələcəyi ilə bağlı ən mühüm tədbirdə iştirak etməmək qərarını yanlış adlandırıb.

Nazir Ermənistanla sülh danışıqlarında son vəziyyət barədə də məlumat verib. Konfransda Türkiyə, İtaliya, İngiltərə, İspaniya kimi bir çox ölkə liderlik səviyyəsində təmsil olunsa da, Fransa iştirak etməyib.

Xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, rəsmi Parisin istənilən bəhanə ilə iqlim məsələsindən kənarda qalması düzgün deyil. 

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 232 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 232 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 232 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 232 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 232 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 232 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 232 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 232 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 232 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 232 baxış
Seçilmişlər
icon