Delimitasiya üçün 3 variant | Erməni nəşri razılaşmadan yazdı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə üç variant müzakirə olunub, sonda Bakının istədiyi olub.
Bu barədə “Hraparak” nəşri Ermənistan hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, bu, Ermənistan üçün ən pis, orta və daha yaxşı olan variantlardır.
“Ən yaxşı variant “Azərbaycan Azərbaycana, Ermənistan Ermənistana” prinsipi üzrə qarşılıqlı güzəştlərin edilməsi olub. Başqa sözlə, 1991-ci ilə qayıdırıq, 90-cı illərdə müharibə zamanı Ermənistanın nəzarətinə keçən əraziləri Azərbaycana qaytarırıq, onlar da erməni ərazilərini verirlər. Lakin İ.Əliyev razılaşmayıb. Onun tələbi ilə 4 kənd qaytarılıb. Ermənistanın uğuru isə daha sonra sərhədin digər ərazilərinin müzakirəsi ilə bağlı razılaşmadır”, – nəşr yazıb.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
