Demarkasiya və delimitasiya prosesi çox uzun çəkə bilər | Alen Simonyan
Yeniliklərdən dərhal xəbərdar olun
“Delimitasiya və demarkasiya prosesi çox uzun çəkə bilər”.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinq zamanı bildirib.
O, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sərhədlərin demarkasiyası məsələsinin sülh müqaviləsindən ayrılması ilə bağlı bəyanatına istinad edərkən bildirib:
“Mən istisna etmirəm ki, belə bir variant Ermənistan üçün məqbul ola bilər. Düşünürəm ki, biz bunu nəzərdən keçirə bilərik, çünki bu, vaxt baxımından uzun müddət çəkə bilər.
Həqiqətən, sülhsevər ölkə belə şeylərdə heç bir maneə görməyəcək. Bəzi məsələləri həll etdikdən sonra, sülh müqaviləsi imzalanandan sonra, cəmiyyətləri sülh və əmin-amanlıq mühitinə gətirdikdən sonra belə bir şey də ola bilər, mənim fikrim budur”.
#Alen Simonyan teqi istifadə olunub
- "İstəyirlər qalsınlar, istəyirlər getsinlər" | Alen Simonyan
- Simonyan Kərki və digər kəndlərin təhvil verilməsi məsələsinə münasibət bildirdi - ANA XƏBƏR
- Baş nazirin qərarı diqqət çəkdi | Simonyanın istədiyi vəzifələr niyə təsdiqlənmədi? - Baku TV
- Parlament sədri seçilə bilməyən Simonyan: “Paşinyan məni aldatdı”
- Koçaryan Simonyana uduzdu | Ermənistan mediası bu xəbərlə çalxalandı - Baku TV CANLI
