Demokratiyadan uzaq "Demokratiya Sammiti"
Yeniliklərdən dərhal xəbərdar olun
Amerika Birləşmiş Ştatlarının demokratiya adı altında cəmiyyətə sırıdığı qondarma sammitin ölkənin qlobal səviyyədə rəqiblərinə qarşı yönəldiyi bütün dünyaya məlumdur.
Bu cür münasibətin yaranma səbəbi isə tədbirə dəvət olunan dövlətlərin ədalətsiz və qeyri-sağlam məntiqlə seçilməsidir. Çünki Türkiyə və Macarıstan kimi dövlətlərin dəvət olunmadığı sammitə demokratiyadan uzaq, fundamental insan hüquqlarının pozulduğu ölkə rəhbərlərinin çağırılması bu toplantının əslində antidemokratik mahiyyət daşıdığını aşkara çıxarır.
Ermənistan kimi işğalçı, terroru dəstəkləyən dövlətin sammitə dəvət edilməsi sözün əsl mənasında fiaskodur. Çünki bu ölkədə elementar insan hüquqlarından, söz azadlığından söhbət belə gedə bilməz. Belə olan halda N.Paşinyanın qondarma demokratiya sammitinə dəvət edilməsi Ermənistan üçün zorla demokrat imici yaratmaq cəhdindən başqa bir şey deyil.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
