Dövlət başçısı İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidentini təbrik etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya təbrik məktubu ünvanlayıb.
“Hörmətli cənab Prezident, Avropa İttifaqı Şurasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə sizi təbrik edirəm. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri geniş gündəliyə malikdir və enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, ticarət və digər sahələri əhatə edir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolu danılmazdır.
İnanıram ki, Azərbaycanla Avropa İttifaqı arasında siyasi dialoqun, iqtisadi-ticari əməkdaşlığın və mədəni mübadilələrin qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da inkişaf etməsi, konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər göstərəcəyik. Sizə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”, – deyə məktubda qeyd olunur.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
