DSX ermənilərin hazırladığı təxribatla bağlı xəbərdarlıq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 26-ı İrəvandan humanitar yardım adı altında, guya ki, blokadada olan, acından ölmək təhlükəsi ilə üz-üzə qalan Qarabağ erməniləri üçün onlarla yük maşını yola düşüb.
Ermənistan mətbuatında yayılan məlumata görə, avtomobil karvanı Kornidzor istiqamətində hərəkət edərək Laçın sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazisinə daxil olmağı planlaşdırır. Ermənilər yüklərin keçirilməsinə kömək edilməsi üçün Rusiya sülhməramlılarına müraciət ediblər.
Qeyd edək ki, iyulun 25-i Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan tərəfindən gözlənilən təxribat barədə məlumat yayıb. Bildirilib ki, iyulun 26-da ermənilər Laçın keçid məntəqəsində daha bir pozuculuq xarakterli akt hazırlayırlar. Buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkaranə şəkildə insident törətməyi planlaşdırırlar. Əgər belə bir hal baş verərsə, bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcək.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
