Dünya gücləri İrana qarşı birləşir
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti Emmanuel Makron və İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı mübarizə tədbirlərini müzakirə etmək üçün Parisdə görüşüblər.
Bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb. “Baş nazir Benyamin Netanyahu Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşüb. İki lider İranın nüvə təhlükəsinə qarşı mübarizə yollarını ətraflı müzakirə ediblər. Baş nazir Netanyahu vurğulayıb ki, İranı Yaxın Şərqdə dayandırmaq lazımdır. O həmçinin İran rejiminə qarşı geniş sanksiyalar tətbiq etməyə və İslam İnqilabı Keşikçiləri Korpusunun Avropa İttifaqının terrorçu siyahısına daxil edilməsinə çağırış edib”, - deyə məlumatda bildirilib.
Bundan əlavə, qeyd olunub ki, tərəflər regiondakı vəziyyəti, eləcə də Livanda sabitliyin qorunmasının zəruriliyi barədə fikir mübadiləsi aparıblar.
#Emmanuel Makron teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- İnsan haqları, yoxsa siyasi maraqlar?
- Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV
- Makronun açıqlamasından sonra Fransada nə dəyişəcək? - Baku TV CANLI
