Elçin Əmirbəyov : Ermənistan sülh prosesini əngəlləyir
Yeniliklərdən dərhal xəbərdar olun
“2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazilərini 30 ilə yaxın davam edən erməni işğalından azad etməklə öz ərazi bütövlüyünü və tarixi ədalətini bərpa etdi. Bu müharibə Cənubi Qafqazda geosiyasi reallığı dəyişdi”.
Bu sözləri Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov İtaliyanın nüfuzlu “Faro di Roma” onlayn qəzetinə müsahibəsində deyib.
O vurğulayıb ki, artıq iki ölkə arasında davamlı sülhün qurulması vaxtıdır və Azərbaycan Ermənistana beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan sülh müqaviləsi imzalamağı təklif edib.
“Lakin Ermənistan sülh prosesini əngəlləyir, Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edir. Bundan əlavə, üçtərəfli bəyanatdan üç il vaxt keçməsinə rəğmən, Ermənistan 10 minə yaxın silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmaqdan imtina edərək, onun müddəalarını kobud şəkildə pozmaqda davam edir”, - deyə E.Əmirbəyov bildirib.
Birinci vitse-prezidentin köməkçisi əlavə edib ki, Ermənistan Azərbaycanın suveren ərazisində öz hərbi mövcudluğunu saxlamağa çalışır, Laçın yolundan istifadə edərək Qarabağdakı cinayətkar erməni silahlı dəstələrə silah, mina və digər hərbi təyinatlı vasitələr daşımaqda davam edir.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
