Pleyeri seçin:
Əli Nağıyev: İtkin düşmüş 13 nəfərin şəxsiyyəti DTX laboratoriyasında eyniləşdirilib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Şəxsiyyəti müəyyən edilmiş 25 nəfərdən 13-ü Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin tərkibində yaradılmış genetik laboratoriyada eyniləşdirilib”.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Xidmət rəisi bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığı və ayrılmış vəsait hesabına Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin tərkibində genetik laboratoriya yaradılması və ən müasir avadanlıqlarla təmin edilməsi ölkə rəhbərinin bu sahəyə böyük önəm verdiyini bir daha təsdiqləyir.
Kopyalandı
#Əli Nağıyev teqi istifadə olunub
- İtkinlərin taleyinin aydınlaşdırılması üçün İrəvandan konkret addım gözlənilir - Baku TV
- Prezident itkin düşmüş şəxslərlə bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib
- Türk dövlətlərinin təhlükəsizlik orqanları rəhbərlərinin Xankəndi toplantısı
- İnsanların işgəncə ilə öldürülməsi beynəlxalq hüquq normalarının pozuntusudur | Əli Nağıyev
- Birinci Qarabağ müharibəsində itkin düşmüş neçə nəfərin qalıqları tapılıb?
