Pleyeri seçin:

Türk dövlətlərinin təhlükəsizlik orqanları rəhbərlərinin Xankəndi toplantısı

18 noyabr 2025 652 baxış

Xankəndidə “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda keçirilən XXVII plenar iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın xidmət rəhbərləri, eləcə də Macarıstandan nümayəndə bir araya gəlib.

Tədbirin açılışında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin müraciətini səsləndirib:

“Son zamanlar dünyanın müxtəlif bölgələrində müşahidə olunan qarşıdurmalar beynəlxalq və regional təhlükəsizliyi ciddi şəkildə təhdid edən müxtəlif çağırışların artmasına səbəb olur. Bu mənada ölkələrimizin ərazisindən keçən, Avropa ilə Asiyanı birləşdirən geniş nəqliyyat şəbəkəsinin mühafizə olunması üçün xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi böyük önəm daşıyır. Nəhəng regional layihələrin icrasına mane olmaq məqsədi daşıyan xarici müdaxilə və sabitliyi pozma cəhdləri də xüsusi qeyd edilməlidir. Məhz buna görə xüsusi xidmət orqanları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi həyati zərurətə çevrilib”.

Əli Nağıyev tranzit marşrutların artan risklər fonunda daha güclü koordinasiyaya ehtiyacının olduğunu bildirib:

“Təhlükəsizlik orqanlarının beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin dayanıqlı və etibarlı fəaliyyətinin təmin edilməsində həlledici rolu var. Qurumlarımız arasında beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıq üzrə məlumat mübadiləsi üçün ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir”.

Çıxışlarda terrorçuluq, qaçaqmalçılıq və transmilli mütəşəkkil cinayətkarlığın tranzit xətlərinə yaratdığı təhdidlər xüsusi vurğulanıb. Zəngəzur dəhlizinin reallaşdırılmasına maneçilik cəhdləri də regional təhlükəsizliyə risk kimi qiymətləndirilib. 

Banner
Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev niyə çağırıldı? - Baku TV CANLI

Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev niyə çağırıldı? - Baku TV CANLI

Siyasət
23 noyabr 2026 652 baxış
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib - Baku TV

Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib - Baku TV

Siyasət
23 noyabr 2026 652 baxış
Ermənistanda gərginlik: yeni Konstitusiya uğrunda böyük savaş başladı - AKTUAL GÜNDƏM

Ermənistanda gərginlik: yeni Konstitusiya uğrunda böyük savaş başladı - AKTUAL GÜNDƏM

Siyasət
23 noyabr 2026 652 baxış
Zod kəndinin əhalisi haqqında tarixi sənədlər nə deyir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Zod kəndinin əhalisi haqqında tarixi sənədlər nə deyir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
23 noyabr 2026 652 baxış
Bakıda iki ölkənin biznes nümayəndələri bir araya gəlib

Bakıda iki ölkənin biznes nümayəndələri bir araya gəlib

Siyasət
23 noyabr 2026 652 baxış
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir | Tədbir barədə vacib detallar- Baku TV

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir | Tədbir barədə vacib detallar- Baku TV

Siyasət
23 noyabr 2026 652 baxış
Trampdan Ermənistana təzyiq gələcək? | TRIPP niyə ləngidilir?

Trampdan Ermənistana təzyiq gələcək? | TRIPP niyə ləngidilir?

Siyasət
23 noyabr 2026 652 baxış
Strateji tərəfdaşlıqda hansı istiqamətlərə üstünlük verilir?

Strateji tərəfdaşlıqda hansı istiqamətlərə üstünlük verilir?

Siyasət
23 noyabr 2026 652 baxış
Paşinyanın paylaşdığı yeni Konstitusiya layihəsində nələr yer alıb? - Baku TV CANLI

Paşinyanın paylaşdığı yeni Konstitusiya layihəsində nələr yer alıb? - Baku TV CANLI

Siyasət
23 noyabr 2026 652 baxış
İlham Əliyev: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

İlham Əliyev: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Siyasət
23 noyabr 2026 652 baxış
Seçilmişlər
icon