Ərdoğan Azərbaycanla bağlı danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Tək millət, iki dövlət” şüarı ilə can Azərbaycanla qurduğumuz əlaqələrimizə bütün dünya qibtə edir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib.
“Biz bacı-qardaşlarımızı ehtiyac duyduğumuz zaman hər zaman yanımızda gördük. Zəlzələlərdən sonra Azərbaycanın həmrəyliyini heç vaxt unuda bilmərik. Qızlarının cehizini zəlzələdən zərərçəkənlərə bağışlayan o mərhəmətli insanları minnətdarlıqla xatırlayacağıq. Xüsusilə qardaşım İlham Əliyevin dəstəyi hər zaman ürəyimizdədir”, – deyə Türkiyə lideri bildirib.
Rəcəb Tayyib Ərdoğan iclasda çıxışı zamanı Azərbaycana səfərindən danışıb.
“Qardaşım İlham Əliyevlə görüşlərimizdə ikitərəfli inkişafı artıracaq yeni qərarlar qəbul etdik. Azərbaycanla ticarət həcmimizi 15 milyard dollara çatdırmağı qarşımıza məqsəd qoymuşuq”, – deyə R.T.Ərdoğan qeyd edib.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
