Ərdoğan gələcək layihələrdən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə Azərbaycanla birgə nəqliyyat infrastrukturunu inkişaf etdirəcək”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivas şəhərində xalqa müraciəti zamanı bildirib. Onun sözlərinə görə, Türkiyə Dəmir İpək Yolu kimi istifadə edilən dəmiryolu xəttini Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə birləşdirəcək.
R.T.Ərdoğan qeyd edib ki, bütün bunlar Qarabağı, Zəngəzur dəhlizini heçə sayan CHP sədri Kamal Kılıçdaroğluna rəğmən baş tutacaq.
“Necə ki Qarabağı birlikdə azad etdik və iqtisadiyyatdan müdafiə sənayesinə qədər hər sahədə əməkdaşlığımızı gücləndirdik, azərbaycanlı qardaşlarımızla nəqliyyat infrastrukturumuzu da təkmilləşdirəcəyik”, – deyə Türkiyə Prezidenti bildirib.
R.T.Ərdoğan əlavə edib ki, türk dünyası ilə münasibətlərin dərinləşməsini müdafiə edən Sinan Oğanın onu prezident seçkilərinin 2-ci turunda dəstəkləyəcəyinə dair açıqlaması bunun bariz nümunəsidir.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
