Ərdoğan rəqiblərini qabaqlayır
Yeniliklərdən dərhal xəbərdar olun
“Ada Research” şirkətinin Türkiyədə 26-29 aprel tarixləri arasında 81 vilayətdə apardığı sorğuya görə, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan elə ilk turdan tələb olunan 50 faizlik səddi keçərək 51.1 faiz, onun rəqibi Kemal Kılıçdaroğlu isə ən yüksək səsi yalnız ikinci turda toplaya bilib – 48.9 faiz.
Qeyd edək ki, seçimlərin 1-ci turunda namizədlər 50% seçici rəğbətini qazana bilməyəcəyi təqdirdə səsvermənin 2-ci turu təşkil olunacaq ki, bu da 1-ci turda ən yüksək səs faizi toplamış 2 namizəd arasında baş tutacaq.
Araşdırma şirkətinin 18 yaşdan yuxarı 3 278 insanla keçirdiyi sorğunun nəticələrinə görə, Muharrem İnce 2.9%, Sinan Oğan isə 2.4% səslə 3-cü və 4-cü sırada qərarlaşıblar. Partiyalar üzrə keçirilən sorğuya görə, ilk yerdə 39.3% səslə Ədalət və İnkişaf Partiyası gəlir, onu 26.9% səslə Cümhuriyyət Xalq Partiyası izləyir.
“OPTİMAR” Araşdırma Mərkəzinin rəhbəri Hilmi Taşdemir “Türkiyənin Nəbzi” adı ilə keçirdikləri həftəlik seçki sorğularının nəticələrini paylaşıb və dəyərləndirib. “R.T.Ərdoğanın öndə olmadığı heç bir sorğu yoxdur” deyən Taşdemir AK Partinin CHP-yə qarşı 8 baldan çox fərqlə qalib gəldiyini də sözlərinə əlavə edib. “İndiyə kimi apardığımız bütün sorğularda ardıcıl olaraq Prezident R.T.Ərdoğanın irəlidə olduğunu görürük”, – deyə Hilmi Taşdemir bildirib.
Bundan başqa, “Sonar” və “Areda-Survey” araşdırma mərkəzlərinin anketlərində də R.T.Ərdoğanın 50 faizdən çox səs toplayan yeganə namizəd olduğu bildirilib.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
