Ərdoğandan seçki ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də ölkədə keçirilən parlament və prezident seçkilərini şərh edib.
“Mayın 28-nə kimi dayanmadan, dincəlmədən əziz millətimiz qarşısında məsuliyyətimizi yerinə yetirəcəyik. Mayın 14-də əldə etdiyimiz səs nisbətini artıraraq 28 may seçkisindən qalib çıxacağıq və tarixi uğur qazanacağıq”, – deyə R.T.Ərdoğan qeyd edib.
Türkiyə lideri bildirib ki, nəticədən asılı olmayaraq, 14 may seçkilərinin qalibi türk demokratiyası və 85 milyonluq Türkiyə xalqı oldu.
“Mayın 14-də seçkiyə gedərək azad iradəsini ifadə edən bütün vətəndaşlarımıza və xaricdəki 56 milyon insanımızın hər birinə dəyərli səslərinə və demokratiyaya verdiyi töhfələrə görə təşəkkür edirəm”, – deyə R.T.Ərdoğan vurğulayıb.
O əlavə edib ki, Türkiyə göstərdiyi yetkinliklə dünyanın ən qabaqcıl demokratik mədəniyyətə malik ölkələrindən biri olduğunu göstərdi.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
