Ərdoğanı insanlara sevdirən keyfiyyətləri
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə tarixində müxtəlif dönəmlər liderlərin adları ilə assosiasiya olunur. Liderlərin özəl keyfiyyətləri, aldıqları qərarlar, ölkə və cəmiyyət üçün etdikləri insanların onlara münasibətinə birbaşa təsir göstərir.
Bu baxımdan muasir dövrümüzə təsadüf edən Rəcəb Tayyib Ərdoğan dönəminə nəzar salmaq lazımdır. 20 ildən çoxdur davam edən hakimiyyəti dövründə Türkiyənin daxilində, xalqın günlük yaşamında onun xüsusi yeri və çəkisi var.
R.T.Ərdoğan öz sadəliyi və xalq arasında olan etimadı ilə kifayət qədər hörmətə malikdir. Xalqla qurduğu səmimi münasibətə görə də, istər türk dünyasında, istərsə də dünya siyasi coğrafiyasında türk liderə böyük hörmət var. Sadə insanlarla tez-tez görüşməsi, onların problemlərini dinləməsi də onun insani keyfiyyətlərindən xəbər verən amillərdəndir.
Xüsusən də hakimiyyəti dövründə təkcə Türkiyə xalqı üçün yox, türk dünyası üçün etdikləri onun bütövlükdə türk milləti üçün önəmini artırıb. Bu gün R.T.Ərdoğanın liderliyi ilə qardaş ölkə və eyni zamanda türk dünyası fərqli inkişaf xəttinə qədəm qoyub.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
