Erməni etnoqrafdan öz xalqına tarixi təklif
Yeniliklərdən dərhal xəbərdar olun
“İndi bizdə həyat imitasiyası, cəmiyyətin imitasiyası, dövlətin imitasiyası, hakimiyyətin imitasiyası var”.
Bunu erməni etnoqraf Mxitar Qabrielyan deyib.
“21-ci əsrdə oturub inqilaba ümid edirik, bu nə dərəcədə effektlidir? Bu metaforadan qurtulmaq lazımdır. Bu metaforalar evimizi məhv edir.
İlk növbədə uşaqlarımıza aldatmamağı, yalan danışmamağı öyrətməliyik. Çünki bu aldatma sonradan mədəniyyətdə, tərbiyədə özünü göstərir. Bu bizə kömək etmir. Bizim vaxtımız yoxdur, bilirsiniz, ümumiyyətlə, vaxtımız yoxdur. Elə bir xalqıq ki, özümüzü qədim xalq adlandıraraq belə qənaətə gəlmişik ki, bizim üçün bir il, beş il, on il önəmli deyil. Zamanın bizim üçün fərqli ölçüsü var.
Praktik olmaq lazımdır, uğur praktiklikdədir. İlham Əliyevə baxın və zamanın düzgün qiymətləndirilməsinin nə qədər vacib olduğunu görəcəksiniz”, – o bildirib.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
