Pleyeri seçin:

Erməni politoloq regionda güc mərkəzlərindən danışdı: Ermənistana heç kim kömək edə bilməyəcək

30 oktyabr 2023 377 baxış

“Cənubi Qafqazı ayrıca şahmat taxtası kimi götürsək, o zaman bu bölgədə Rusiya, Türkiyə və İran kimi təsir güclərinə malik mərkəzlərin olduğunu görərik. Bu üç qüvvə Cənubi Qafqazda nüfuz uğrunda mübarizə aparır. Bunların hər birinin ayrı-ayrı, eyni zamanda üst-üstə düşən maraqları var”.

Bunu erməni politoloq Ara Poqosyan deyib. Onun sözlərinə görə, bu güclərin hər biri Cənubi Qafqazda öz mövqeyini möhkəmləndirməyə çalışır. Poqosyanın fikrincə, İrəvanla Ankaranın maraqları üst-üstə düşməsə də, Moskva və Terhanla müəyyən mənada üst-üstə düşür.

“Rusiya ilə bəzi maraqlarımız bu gün obyektiv və subyektiv səbəblərə görə ziddiyyət təşkil etsə də, müəyyən situasiyalarda razılığa gəlmək mümkündür. İrəvanın hazırda maraqları böyük ölçüdə İranla üst-üstə düşür”, – o qeyd edib.

Politoloq bildirib ki, Türkiyənin məqsədi Cənubi Qafqazı özünün təsir dairəsinə çevirmək və onu Turan məkanının bir hissəsinə və ya heç olmasa, təhlükəsiz və maneəsiz buferə çevirməkdir:

“Sonucda qlobal gücə çevrilməkdir. Rusiya üçün o təhlükəsizlik məkanı qurmaq və çarizm və sovet dövrü məkanında təsir dairəsi kimi saxlamaqdır ki, bu da ona qlobal güc kimi öz yerini bərqərar etməyə imkan verəcək. Üstəlik, Rusiya bunun üçün “yumşaq güc” vasitəsilə deyil, həm də “sərt güc” vasitəsilə formallıq olmadan mübarizə aparmağa hazırdır. İran tarixi nüfuzunu bərpa etmək yolundadır. İran öz növbəsində öz məqsədlərinə hərbi-diplomatiya, təmsilçi qüvvələr və ya birbaşa hərbi müdaxilə yolu ilə mübarizə aparmağa hazırdır.

Cənubi Qafqaz şahmat taxtası kimi hər zaman barıt çəlləyini xatırladacaq. Cənubi Qafqaz və ümumiyyətlə, Şərq güclülər məkanıdır, zəiflər gec-tez məhv olacaqlar. Ermənistanın bu şahmat taxtasından kənarda qalması isə çox təhlükəlidir. Belə olan halda Ermənistanı heç kim xilas edə bilməyəcək”.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 377 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 377 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 377 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 377 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 377 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 377 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 377 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 377 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 377 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 377 baxış
Seçilmişlər
icon