Erməni tarixçi Göyçədə türkləri qırmaqlarını və didərgin saldıqlarını etiraf etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Erməni nazirdən etiraf: Göyçə əldən getsə, Ermənistan olmayacaq” adlı veriliş efirə gedib.
Verilişdə ilahiyyatçı Aşot Hunayanın “Öncəgörmə və bəsirət” kitabında daşnak erməni silahlı dəstələrinin 1918-20-ci ildə Göyçədə törətdikləri faciələri etiraf etməsindən, 1918-ci ildə Vardenisin qəhrəmancasına özünümüdafiəsi zamanı üç atlının möcüzəsindən, daşnak zabiti Vahramın Basarkeçərdə törətdiyi vəhşiliklərdən bəhs olunur.
Vurğulanıb ki, daşnaklar Göyçənin Basarkeçər nahiyəsinə hücuma keçərək azərbaycanlılar yaşayan Böyük Məzrə, Qızılvənq, Şahab, Subatan, Zağalı kəndlərinin əhalisini qətlə yetirdilər:
“1919-cu il fevralın 28-də Zod və ətraf kəndlərin əhalisindən zorla vergi almaq istəyən Siliko və Xaçaturovun daşnak dəstəsi müqavimətlə rastlaşdı və qəzəblənən göyçəlilər tərəfindən öldürüldülər. Daşnakların niyyəti Zod aşırımını ələ keçirməklə həm buradakı qızıl yatağını tutmaq, həm də Qarabağda yaşayan ermənilərlə birləşmək idi.
1918-1920-ci illərdə Göyçənin işğalına qarşı Məşədi İsa, Səməd ağa Kəsəmənlinin, Cığal Həsənin, Topal Orucun, Məşədi Hümbətin dəstələri də igidliklə vuruşdular. Sovet hakimiyyəti qurulandan sonra daşnaklar bolşevik libası geyinib, öz cinayətlərinə davam etdilər”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
