Ermənidən etiraf: 4-cü əsrdən qaraçı kimi köçürük | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Göyçə və Zəngəzurdan ermənilər çıxır, kəndlər boşalıb” adlı veriliş efirə gedib.
Verilişdə Ermənistanda ciddi demoqrafik fəlakətin yaşandığı qeyd olunur.
Bildirilib ki, son 50-60 il ərzində aldadılaraq gətirilib məskunlaşdırılan ermənilər Zəngəzur, Göyçə, Pəmbək, Loru və digər dağlıq ərazilərdə yaşaya bilmədikləri üçün köçürlər. Bu bölgələr tam boşalmaq üzrədir. Ən ağır durum Göyçə mahalındadır. Burada onlarla boşalmış evlər göz önündədir.
Ermənistan mətbuatının yazdığına görə, son illər ərzində Göyçə mahalının əhalisi 25 min, Zəngəzurun isə 27 min azalıb. Erməni jurnalistlərinin bölgələrdən hazırladığı reportajlarda bu acı gerçək daha qabarıq görünür.
Diqqətə çatdırılır ki, reportajdan və erməni mətbuatında vaxtaşırı verilən təhlillərə əsasən, ilk növbədə gənclər bölgəni kütləvi şəkildə tərk edir:
“Bütövlükdə ümidsizlik, həmçinin ölkənin dalana çevrilməsi ucbatından yaranan sabaha inamsızlıq əhalini normal yaşayış üçün xarici ölkələrə üz tutmağa vadar edir. Həmçinin ölkənin ağır iqtisadi vəziyyəti də bu prosesi sürətləndirir. Ermənistan KİV-nin məlumatına görə, Göyçə və Dərəçiçək mahalları ərazisində əhalinin 50%-dən çoxu yoxsul vəziyyətində yaşayır”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
