Pleyeri seçin:

Ermənilər sağ qalan Başlıbel sakinlərini belə qətlə yetirib

18 aprel 2024 164 baxış

Son 200 ildə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə soyqırımı cinayətləri törədilib.

Bənzər vəhşiliklərdən biri 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində yaşanıb. Bu gün həmin faciədən 31 il ötür.

Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib, 19 nəfər kənd sakini girov götürülüb.

Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının müəllifi, araşdırmaçı-jurnalist Elxan Salahov Baku TV-yə müsahibəsində bildirib ki, 1993-cü ilin aprelində Ermənistan Silahlı Qüvvələri Kəlbəcər rayonunu işğal edərkən yollar bağlanıldığından 62 nəfər kəndi tərk edə bilməyib.

Onlar ermənilərin ətraf kəndləri işğal etməyindən gec xəbər tutaraq mühasirədə qalıblar. Murova doğru hərəkət etməklə vəziyyətdən çıxmağa çalışsalar da, heç biri xilas ola bilməyiblər, qətlə yetirilib və ya girov götürülüblər.

Müəllifin sözlərinə görə, ermənilər Başlıbelə növbəti hücum zamanı kənddən 3 kilometr məsafədə yerləşən Portta kahaları adlanan yerdə müşahidə aparıb, sığınacaqların yerini müəyyənləşdirərək əliyalın insanlara iriçaplı silahlardan atəş açıblar:

“Nəticədə təkcə aprelin 18-dən 19-na keçən gecə həmin ərazidə 12 nəfər qətlə yetirilmiş, 14 nəfər girov götürülmüş, 6 nəfər isə yaralanmışdır”.

Başlıbel sakini onu da əlavə edib ki, faciədən bir neçə gün sonra iki ailənin bütün üzvü mühasirədə qalıb və onlardan bir neçə nəfər itkin düşüb.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 164 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 164 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 164 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 164 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 164 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 164 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 164 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 164 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 164 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 164 baxış
Seçilmişlər
icon