Ermənistan adlı bir qurum hüquq nöqteyi-nəzərindən qeyri-qanunidir | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Verilişin budəfəki qonağı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov olub.
O, anadan olduğu Qafan şəhərindən, uşaqlıq və yeniyetməlik illərinin keçdiyi Meğri rayonunun Aldərə kəndindən söhbət açıb.
Zaman-zaman ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı və deportasiya siyasətinə diqqət çəkən tarixçi-alim 26 yaşlı əmisi İsgəndərin daşnaklar tərəfindən öldürüldüyünü söyləyib.
Bildirib ki, azərbaycanlıların kütləvi qətliamı sadəcə 1918-ci ilin mart-aprel aylarında deyil, 1920-ci ilə qədər Ermənistanda hakimiyyətdə olan daşnak hökuməti, eləcə də sonrakı illərdə onların nasizm ideologiyası ilə zəhərlənən varisləri tərəfindən davam etdirilib.
Belə ki, əgər 1914-cü ildə Aldərə kəndində 1987 nəfər azərbaycanlı yaşayıbsa, 1924-cü ildə onların sayı cəmi 426 nəfər təşkil edib. Bu kəndin əzəli sakinlərinin bir qismi qətlə yetirilib, bir qismi isə ata-baba torpağını tərk etmək məcburiyyətində qalıblar.
Alimin sözlərinə görə, ötən əsrin əvvəllərindən başlayaraq cərəyan edən hadisələr nəticəsində təkcə Qafan rayonunun azərbaycanlılara məxsus 70-dən artıq kəndi yer üzündən silinib.
C.Bəhramov deyib ki, 1918-ci il qırğınlarında erməni quldur dəstələri ümummilli lider Heydər Əliyevin anası İzzət Əliyevanın atasını və qardaşlarını qəddarlıqla qətlə yetiriblər. Nijde və Andranikin rəhbərlik etdiyi erməni quldurları ulu öndər Heydər Əliyevin atası Əlirza Əliyevin qardaşlarını da soyqırımı cinayətlərinə məruz qoyublar.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
