Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı cavab göndərdi | Biz buna hazırıq
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan Azərbaycana sülh müqaviləsi layihəsinin 12-ci bəndinə cavab göndərib”.
Bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. Onun sözlərinə görə, İrəvanın mövqeyi Bakı ilə sülhün qurulması üçün uyğundur.
Nazir onu da bildirib ki, Ermənistanın Azərbaycanla razılaşmanın imzalanması və ratifikasiyası ilə bağlı bütün məsələləri müzakirə etmək imkanı olacaq.
“Biz sülh müqaviləsi layihəsini yekunlaşdırmağa çox yaxınıq”, – deyə A.Mirzoyan qeyd edib.
Nazir əvvəlcə sazişin hazırlanmasını başa çatdırmaq, daha sonra isə onu imzalamaq mümkün olsa, müqavilənin Cənubi Qafqazda sülh və sabitliyin ən möhkəm sütunlarından biri olacağını söyləyib.
“Bu həm də Azərbaycanla razılaşdığımız məsələləri, danışıqları və razılaşmaları tamamlayır. Bir neçə ay əvvəl biz iki dövlət arasında demarkasiya prosesi ilə məşğul olan sərhəd komissiyalarının işinə dair müddəaları imzalamağa və ratifikasiya etməyə nail olduq”, – deyə Ermənistanın XİN rəhbəri bildirib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
