Ermənistan ərazisində qətlə yetirilən azərbaycanlılarla bağlı mühüm xəbər
Yeniliklərdən dərhal xəbərdar olun
“Arxiv sənədlərinin aşkar edilərək götürülməsi və digər üsullarla bağlı Türkiyə Respublikasına hüquqi yardım göstərilməsi ilə bağlı müvafiq vəsatət göndərilib”.
Bunu baş prokurorun müavini Elmar Camalov Milli Məclisdə “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
O bildirib ki, istintaq zamanı 1987-1991-ci il tarixlərində baş vermiş kütləvi deportasiya və soyqırımı zamanı ermənilər tərəfindən Qərbi Azərbaycan ərazisində qətlə yetirilən 216 şəxsdən 30 nəfər şəxsin yaxın qohumları, habelə hadisənin şahidləri müəyyən edilərək dindiriliblər:
“Eyni zamanda Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən deportasiyaya məruz qalarkən erməniəsilli şəxslər tərəfindən müxtəlif predmetlərlə döyülərək xəsarət almaları müəyyən edilmiş 15 nəfər və onların qohumları müəyyən edilərək zərərçəkmiş şəxs və ya zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilib”.
A.Camalov vurğulayıb ki, bu dövr ərzində Bakı şəhəri və ölkənin digər regionları üzrə deportasiya və soyqırımı qurbanlarından 2500 nəfər müəyyən edilərək dindirilib, sorğular əsasında məlumat qurumlardan daxil olub, arxiv sənədlərinə baxış keçirilərək çap edilməklə cinayət işinə əlavə edilib.
#Baş Prokurorluq teqi istifadə olunub
- İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi
- Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - 24 SAAT
- Dövlət əleyhinə çağırış edənlər qlobal axtarışa verildi - Baku TV
