Ermənistan Naxçıvanı niyə atəşə tutur?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan son günlər həm şərti sərhəddə, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə intensiv şəkildə atəşkəsi pozur, ordumuza qarşı erməni silahlılarının müqavimətini gücləndirmək üçün müxtəlif səpkili təxribatlara imza atır.
Düşmənçilikdən əl çəkməyən bu ölkənin təcavüzkar ritorikasını artırması isə, təbii ki, bölgədə vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarır və sülh quruculuğu səylərinə mənfi təsir göstərir.
Ermənistanın son günlər təxribatların arealını genişləndirməsi, daha doğrusu, Ordumuzun Naxçıvan istiqamətindəki mövqelərini də atəşə tutması bir neçə məsələdən xəbər verir. Rəsmi İrəvan bununla həm dövlət sərhədlərinin müyyənləşdirilməsinə qarşı çıxır, həm də Arazdəyəndə metaləritmə zavodu tikdiyi üçün Azərbaycanın etirazlarının istiqamətini yayındırmağa çalışır.
Təbii ki, təxribatlar nəticəsində eskalasiyanın körüklənməsi və gərginliyin aktiv fazaya keçməsinə görə birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Ona görə də bu ölkə üzərinə düşən öhdəliklərə riayət etmək məcburiyyətindədir. Əks təqdirdə, bu, onların özü üçün mənfi tendensiyalara yol açacaq.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
