Ermənistan parlamentinin spikeri Alen Simonyandan vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesi illərlə davam edə bilər”.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
Bildirib ki, bu məsələnin həlli sülh sazişi imzalandıqdan sonra da həyata keçirilə bilər. Onun sözlərinə görə, əgər ölkələr həqiqətən də cəmiyyətlərini sülhə hazırlayırlarsa və normallaşmada maraqlıdırlarsa, o zaman sərhəd məsələsinin sonraya saxlanması ssenarisi kifayət qədər məqbuldur.
Erməni spiker eyni zamanda ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclaslarına sərgilədiyi münasibətindən də danışıb. Bildirib ki, İrəvan Təşkilatın fəaliyyətinə zərbə vurmaq niyyətində deyil. Ermənistan sadəcə olaraq maraqlarına zidd olan sənədləri imzalamaq istəmir. O qeyd edib ki, belə nümunələr hər zaman olub.
Simonyan həmçinin jurnalistlərin Ermənistan-Rusiya münasibətləri ilə bağlı sualını da cavablandırıb. Bildirib ki, ölkəsində anti-Rusiya əhvali-ruhiyyəsi yoxdur. Spiker fürsətdən istifadə edərək bir sıra media qurumlarını anti-Rusiya ritorikasını qızışdırmaqda ittiham edib.
#Ermənistan parlamenti teqi istifadə olunub
- ABŞ və İran arasındakı gərginliyə Ermənistan necə reaksiya verdi? - BİZDƏN NƏ DANIŞIRLAR?
- Ermənistanda “müdaxilə əlamətləri” olan xarici televiziya proqramları qadağan edildi
- "Bu iddialar müharibə deməkdir" | Ermənistanda kritik tarix: Simonyandan qalmaqallı çıxış - Baku TV
- “Bunun nə vaxt olacağını bilmirəm, amma...” | Simonyandan Bakının açıqlamasına reaksiya - Baku TV
- "2019-cu il sənədi 2016-cı ilə aid sənədlərin xülasəsi olub" | Rubinyandan vacib açıqlama
