Ermənistan Qazaxın kəndlərini buna görə işğal edib | Sarkisyandan absurd cavab
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxın Ermənistanın işğalında olan 7 kəndindən anklav olmayan 4 kəndinin qaytarılması ilə bağlı müzakirələrə bu ölkənin sabiq prezidenti, separatizmin və azərbaycanlılara qarşı soyqırımın müəlliflərindən olan Serj Sarkisyan da qatılıb.
S.Sarkisyan erməni mediasına açıqlamasında o kəndlərin Ermənistanın yurisdiksiyasına daxil olmadığını dolayısı ilə təsdiqləyib.
O, kəndlərin hansı əsaslarla qaytarılmasından bəhs edib: “Bu danışıqlardır, sərhədlərin demarkasiyası prosesidir, yoxsa sadəcə olaraq Azərbaycanın tələbini ödəyir?”.
S.Sarkisyan bildirib ki, guya Ermənistana daxil olan qaz kəmərlərini Azərbaycan 90-cı illərdə partlatmaq istəyirmiş: “90-cı illərin əvvəllərində böyük çətinliklər bahasına Ermənistan həmin qaz kəmərlərinin partlaması istəyinə son qoya bildi”.
Bununla da S.Sərkisyan guya təhlükəsizlik məqsədilə həmin kəndlərin işğal edildiyini təsdiqləyib.
#Serj Sarkisyan teqi istifadə olunub
- Ermənistanın eks-prezidenti həbs olunacaq? - Nədə ittiham edilir? - Baku TV CANLI
- Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar
- Sarkisyanın Putinə məktubu niyə indi ortaya çıxdı? - Baku TV
- Rəsmi Moskva Sarkisyanın Putinə yazdığı məktubun dərc edilməsinə münasibət bildirdi - Baku TV CANLI
- "2019-cu il sənədi 2016-cı ilə aid sənədlərin xülasəsi olub" | Rubinyandan vacib açıqlama
