Ermənistan Rusiyanı sanksiyalardan necə qoruyur? | Ermənistanın ikiüzlü siyasəti
Yeniliklərdən dərhal xəbərdar olun
Statistikaya görə, 2023-cü ildə Ermənistandan Amerika Birləşmiş Ştatları və Avropa İttifaqına ixrac azalıb, həmin ölkələrdən idxal isə artıb.
Bununla belə, ölkəyə gətirilən məhsulların böyük qismi Avrasiya İqtisadi İttifaqı ölkələrinə, əsasən də Rusiyaya ixrac edilib.
Rusiyanın sanksiya altında olduğunu, ticarət əlaqələrindən tam məhrum qaldığını nəzərə alsaq, Ermənistanın bu addımı həm də Moskvanın məhdudiyyətlərdən yayınmasına kömək edir.
Bir tərəfdən Qərbə üz tutub, Rusiyaya arxa çevirdiyi görüntüsü yaradan İrəvan digər tərəfdən Moskvanın iqtisadi asılılıqlardan yayınması üçün əlindən gələni edir. Bu da Ermənistanın nə qədər riyakar, ikiüzlü siyasət yürütdüyünü bir daha nümayiş etdirir.
Qeyd edək ki, 2023-cü ildə Ermənistanın xarici ticarət dövriyyəsinin 36%-i Avrasiya İqtisadi İttifaqı ölkələrinin, 13%-i Avropa İttifaqı ölkələrinin, 3%-i isə Amerika Birləşmiş Ştatları ilə ticarətin payına düşüb. Yəni Ermənistanın Avropa İttifaqı və Birləşmiş Ştatlarla ticarəti Avrasiya İqtisadi İttifaqı ilə müqayisədə təxminən 2,5 dəfə azdır.
Bu fakt bir daha göstərir ki, Ermənistanın Qərbə inteqrasiya və Rusiyadan uzaqlaşmaq meyli ilə bağlı yaratdığı görüntü siyasi manipulyasiyadan başqa bir şey deyil.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
