Ermənistan sərhədlərinin harada başlayıb, bitdiyinə qərar verə bilmir | Sergey Lavrov
Yeniliklərdən dərhal xəbərdar olun
“Onların “KTMT Ermənistanda öz fəaliyyət dairəsinin haradan başlayıb harada bitdiyini bilmir” deməsi çox əcaib səslənir. Çünki Ermənistan özü hələ sərhədlərinin harada başlayıb harada bitdiyinə qərar verə bilməyib”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli mediaya müsahibəsində deyib.
“Halbuki onlar 1991-ci il Alma-Ata qətnaməsinə uyğun olaraq həmin illərin sərhədlərini, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını etiraf edib, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dilə gətiriblər.
Burada ziddiyyətli məqam ondan ibarətdir ki, bu bəyanatlardan sonra Ermənistan tərəfi sərhədlərin müəyyən olunması üçün komissiya yaratdı, Baş nazir Tavuşda anklavlar mövzusuna toxunaraq bir çox məqamlara aydınlıq gətirdi.
“Bu kəndlərin qarşı tərəfə, yəni Azərbaycana təhvil verilməsi vacibdir” deyə bildirdi. Kənd sakinləri ilə görüş zamanı “bu kəndləri qaytarmasaq, nə qədər səhvə yol verə bilərik” şəklində xəbərdarlıq da etdi. Belə olan halda KTMT-dən necə bəlli olmayan sərhədlərin müdafiəsini tələb etmək olar?!”, – S.Lavrov qeyd edib.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Sülhün açarı Bakı və İrəvandadır? | Rusiya rəsmisindən açıqlama - Baku TV
- Polşadakı təlim Ukraynaya göndəriləcək qüvvələrin sınağıdır? - Baku TV
- Zaxarovadan Qərbə Ukrayna ilə bağlı sərt xəbərdarlıq - Baku TV CANLI
- "Rusiya Avropanın tələbləri ilə razılaşmayacaq" | Lavrovdan açıqlama
- Lavrovdan sensasiyalı sözlər: Moskvanın növbəti hədəfi nədir? - Baku TV CANLI
