Ermənistan xristian simvollarını sökür | Zəngəzura göndərilən məktub
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər məlumat yayılıb ki, hakimiyyət yerli icra başçılarına bütün dövlətlərarası və ictimai yollarda quraşdırılmış xaçları, xaçkarları, abidələri sökmək barədə göstəriş verib.
Bu barədə “Hraparak” nəşri məlumat yayıb.
“Ötən ilin mayında yazmışdıq ki, hökumət bələdiyyələrə, xüsusən də Zəngəzura (Sünik) məktub göndərərək Ermənistan Respublikasının dövlətlərarası və respublika əhəmiyyətli avtomobil yollarında könüllü şəkildə qoyulmuş xatirə daşlarının, xaçların və xaçkarların sökülməsi üçün regional müfəttişlik bölmələri ilə əməkdaşlıq etmələrini xahiş etmişdi.
Göründüyü kimi, hazırda milli və dövlətlərarası yolların xristian simvollarından təmizlənməsi ilə bağlı qərar yekunlaşmaq üzrədir. Bununla onlar bir tərəfdən sərhədi açır, digər tərəfdən də türklərlə barışıq yolunda daha bir addım atmış olurlar ki, sərhədi keçən düşmən erməni-xristian simvolları ilə qarşılaşmasın”, – nəşr bildirib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
