Ermənistana bu dəfə nələr tədarük edildi? - Əməkdaşımız detalları açıqladı - Baku TV
Azərbaycandan Ermənistana növbəti tədarük həyata keçirilib.
16 vaqondan ibarət, çəkisi 977 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 16 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub. Eyni zamanda Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük də həyata keçirilib. Belə ki, 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət, çəkisi 138 ton olan taxta Böyük Kəsik istiqamətinə göndərilib.
İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 60 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 334 ton taxta göndərilib.
#Ermənistan teqi istifadə olunub
- Ermənistan TRIPP-lə yanaşı, Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etməyə ümid edir
- Əsrlər boyu Böyük Vedi adlanan kəndin adı və əhalisi necə dəyişib? - Baku TV
- Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpası Ermənistanın gündəmindədir - Baku TV
- Bərdəyə ilk raket hücumunun törədilməsindən altı il keçir - Baku TV
- Lukaşenko Ermənistan məhsullarının Avropada satılacağına şübhə edib - Baku TV CANLI
