Ermənistanda 17 min avtomat yoxa çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın daxili işlər naziri Vaqe Kazaryan bir neçə gün əvvəl İkinci Qarabağ müharibəsindən sonra orduya məxsus 17 min avtomatın yoxa çıxdığını açıqlamışdı. Bundan sonra Brüsseldə fəaliyyət göstərən nüfuzlu “EU Reporter” saytı bu mövzu ətrafında məqalə dərc edib.
“İtirilən erməni avtomatlarının qurbanları kimlər olub?” başlıqlı məqalədə bildirilir ki, necə olubsa erməni hərbçilərin 17 min avtomatı yoxa çıxıb.
Qeyd edək ki, onların əsas hücum silahları Rusiya istehsalı olan “Kalaşnikov” avtomatlarıdır. Vaqe Kazaryanın sözlərinə görə, bu qədər silahın anbardan yoxa çıxması zarafat deyil. Ermənistanın bütün ordusunun cəmi 65 min nəfərdən ibarət olduğunu nəzərə alsaq, deməli, itirilmiş silahlar şəxsi heyətin dörddə birinə bəs edir.
V.Kazaryanın sözlərinə görə, silahlar 2020-ci ilin sonunda, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsinin böyük hissəsini azad etdiyi 44 günlük müharibədən sonra yoxa çıxıb. Yəni, həmin silahlar müharibə zamanı itməyib və ya Azərbaycan qoşunları tərəfindən qənimət kimi götürülməyib. Baş verən hadisə münaqişədən sonrakı dövrü əhatə edir.
V.Kazaryan qeyd edib ki, o, silah və sursatla bağlı məsələdən narahatdır, çünki bunun regional təhlükəsizlik və sabitlik üçün potensial təhdidləri ola bilər. Bildirilir ki, əgər silahlar yerli əhali tərəfindən oğurlansaydı, bu, qanlı toqquşmalara çevrilən hər hansı vətəndaş üsyanı ilə nəticələnər və bu da dövlətin dağılmasına səbəb ola bilərdi. Lakin müharibədən sonra ölkədə yetərincə kütləvi etiraz aksiyaları olub və heç bir silahdan istifadə olunmayıb. Bu zaman belə qərara gəlmək olar ki, silahlar artıq ölkədə deyil.
Məqalədə diqqət çəkən əsas məqam sözügedən silahların indi harada olması ilə bağlı verilən sual olub. Bildirilir ki, planetin istənilən yerindən silah almaqda çox maraqlı olan bircə qonşu ölkə var. O da İrandır. Müxtəlif terror təşkilatlarının əsas dəstəkçisi olan Tehran onları müntəzəm olaraq yüngül və ağır silahlarla təchiz edir.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
